
Haqqımızda
2017-ci ildən fəaliyyət göstərən BakuExport, Azərbaycanın ilk və yeganə tam inteqrə olunmuş ixrac dəstəyi platformasıdır. Biz bu illər ərzində 100-dən artıq yerli brendi dünyanın aparıcı onlayn və oflayn satış platformalarına çıxarmağa kömək etmişik. Məqsədimiz — Azərbaycan məhsullarını qlobal bazarda tanıtmaq və satış imkanlarını sonsuzlaşdırmaqdır.
BakuExport — sadəcə bir ixrac xidməti deyil. Bu, yerli istehsalçıları dünya bazarı ilə birləşdirən körpüdür.
Amazon, Walmart, Etsy, Costco, Shopify və 20-dən çox beynəlxalq onlayn satış kanalları, həmçinin ABŞ və Kanadada fiziki mağaza şəbəkələri ilə tərəfdaşlıq imkanlarımız sayəsində, brendlərimizi dünya rəflərinə çıxarırıq.
Missiyamız
Biz yerli sahibkar və istehsalçılara texniki, hüquqi, loqistik və marketinq dəstəyi göstərərək, onların məhsullarını tam hazır satış sistemləri ilə xarici bazarlara çıxarırıq.
Tək panel, çoxlu satış kanalı yanaşması ilə brend sahibləri bir mərkəzdən satışlarını izləyir, idarə edir və inkişaf etdirir.
Biz nə edirik?
✅ Məhsulun onlayn və oflayn bazarlara hazırlanması
✅ Gömrük və sənədləşmə işləri
✅ Logistika və distribusiya əlaqələri
✅ Marketinq, brendinq və satış strategiyası
✅ Satış sonrası dəstək və real vaxt idarəetmə sistemi
BakuExport – Azərbaycandan dünyaya açılan qapı.
Yerli brendin, qlobal hekayəyə çevrilməsi üçün ilk addımı bizimlə atın.