
30+ Online və Offline Satış Kanalları
Məhsullarınızın doğru yerdə, doğru zamanda satışını biz təmin edirik
BakuExport olaraq sizə tam seçim azadlığı təqdim edirik.
Məhsulunuzu harada satmaq istədiyinizi siz müəyyən edirsiniz, biz isə onun dünyanın ən güclü satış kanallarında yerləşdirilməsini təmin edirik.
Onlayn Satış Kanalları — 30+ platforma, 1 sistem
Əgər onlayn satışa üstünlük verirsinizsə, sizə təqdim etdiyimiz vahid sistem üzərindən məhsullarınız eyni anda 30-dan artıq aparıcı onlayn platformada satışa çıxarılır.
Bu platformalara daxildir:
Amazon, eBay, Walmart.com, Etsy, Shopify, Wayfair, Costco.com, Target.com, BestBuy.com, və daha çoxu.
Həmçinin sosial şəbəkələrdə (məsələn, Instagram, Facebook Shops) satış inteqrasiyası da mümkündür.
Sifarişlərin idarəsi, stok izləməsi və çatdırılma — hamısı tək paneldən idarə olunur. Siz sadəcə istədiyiniz platformanı seçirsiniz, biz satışa çıxarırıq.
Oflayn Satış – Fiziki mağazalarda yer alma fürsəti
Əgər məhsullarınızın ABŞ və Kanadada fiziki mağazalarda (oflayn satışda) yer almasını istəyirsinizsə, biz sizin məhsulun kateqoriyasına uyğun olaraq 3–4 distribütor şirkətlə müqavilələr bağlayırıq.
Bu distribütorlar məhsullarınızı:
Walmart, Costco, Target, Kroger və digər böyük market şəbəkələrinin vitrinlərinə yerləşdirir
Mağaza daxili satış komandaları ilə məhsulun təqdimatını və yerləşdirilməsini həyata keçirir
Məhsulun brend və rəqiblərə uyğun optimallaşdırılmasını təmin edir
Siz nə edirsiniz?
Sadəcə satış modelinizi seçirsiniz:
Onlayn — biz 30+ platformada yerləşdiririk.
Oflayn — biz fiziki vitrinlərə çıxarırıq.
Sistem sizin seçiminizə uyğun qurulur və müqavilə bağlandığı andan etibarən aktivləşdirilir.
BakuExport ilə Sərhədsiz Satış İmkanı
Bu artıq “bir sayt açım, yükləyim” dövrü deyil. Bu — qlobal satış sistemi ilə işləmək dövrüdür.
BakuExport sizə texniki çətinliksiz, sürətli və idarəolunan şəkildə, məhsulunuzu dünya ilə birləşdirir.