
Gömrük və Beynəlxalq Sertifikatlar
Gömrük və Sertifikatlaşdırma Xidmətləri
Məhsulunuzun hüquqi və texniki tələblərə tam uyğun şəkildə ixracı üçün tam dəstək
Azərbaycan gömrük sistemi və beynəlxalq ixrac prosesi, məhsulların xarici bazarlara çıxarılması üçün bir sıra hüquqi və texniki sənədlərin düzgün və vaxtında hazırlanmasını tələb edir.
BakuExport olaraq biz məhsullarınızın Azərbaycan gömrüyündən problemsiz şəkildə keçməsi və xarici ölkələrdə xüsusilə ABŞ və Kanada kimi iri bazarlarda qanuni şəkildə satışa çıxarılması üçün bütün sənədləşmə işlərini tam və peşəkar şəkildə yerinə yetiririk.
Azərbaycan üzrə Təqdim Etdiyimiz Xidmətlər:
Gömrük bəyannamələrinin hazırlanması
İxrac üçün məhsul təsnifatının müəyyən edilməsi (HS kod)
İxrac icazələrinin alınması və müvafiq dövlət qurumları ilə sənəd dövriyyəsi
Yerli uyğunluq sertifikatları və təsdiqləyici sənədlərin təmin edilməsi
Fiziki və hüquqi şəxslər üçün gömrük təmsilçiliyi
Beynəlxalq Səviyyədə Təqdim Etdiyimiz Xidmətlər:
ABŞ və digər ölkələr üçün tələb olunan beynəlxalq sertifikatların (FDA, CE, ISO və s.) təmin olunması
Universal barkodların (UPC, EAN) yaradılması və məhsullara tətbiqi
Məhsulların ixrac üçün uyğunluq testləri və laborator yoxlamalar
ABŞ gömrük və vergi sisteminə uyğun sənədlərin hazırlanması
Məhsulun kateqoriyasına uyğun olaraq kommersiya və yük sənədləri
Nəticə:
İstər bir qutu, istər 100 çeşid məhsul göndərin — biz sizin əvəzinizə bütün sənədləşməni və gömrük işlərini A-dan Z-yə hazırlayırıq.
Siz sadəcə satış və inkişafla məşğul olun ,biz məhsulunuzun qanuni və texniki baxımdan tam hazır olmasına zəmanət veririk.